Üz ovalının kontur plastikası hekimtap.az

Üz ovalının kontur plastikası

2087
Author: HT

Yerin ağırlıq qüvvəsinin hesabına dərialtı piy təbəqəsi tədricən aşağıya doğru tökülür, nəticədə yanaqların və üz ovalının ptozu yaranır.
Plastik cərrahiyyə və müasir kosmetologiya syəsində bu ptozu aradan qaldırmaq mümkündür.

Üz ovalının kontur plastikasına göstərişlər:

- Burun-dodaq büküşü;
- Həcmi itirilmiş yanaqlar;
- Kontursuz almacıqlar;
- Kəskin çənə xətti;
- Çənə həcminin itməsi;
- İkincili buxaq.

Hialuron turşusu vasitəsilə üz bioarminləşdirilməsinin üstünlükləri:

Dərinin hialuron turşusu vasitəsilə cavanlaşdırılmasının bir sıra üstünlükləri var. Məsələn:
- Sadə və təhlükəsiz metoddur;
- Prosedur çox vaxt aparmır və diskomfort yaratmır.
- Üz ovalının kontur plastikası cərrahi mudaxiləyə alternativdir;
- Nəticə birinci prosedurdan sonra görünür;
- Prosedurdan sonra reabilitasiyaya ehtiyac yoxdur;
- Prosedurun qiyməti əməliyatdan qat-qat ucuzdur.

Hazırlıq, reabilitasiya, əks-göstərişlər:

Üz ovalının kontur plastikası steril şəraitdə həkim tərəfindən aparılır. Prosedurun mahiyəti xüsusi mikroiynələr vasitəsilə sxem üzrə hialuron turşusunun yeridilməsindən ibarətdir. Prosedur cəmi 30 dəq. vaxt alır. Prosedur xüsusi hazırlıq tələb etmir. Antikoaqulyant, spirtli
içkilər və günəş vannalarından imtina etmək kifayətdir. Reabilitasiya dövrü - bir gündür. Lakin sonrakı iki həftə hamam, solyari və fiziki yüklənmədən uzaq durmaq lazımdır. Effekt dərhal görünür və 1 ildən bir necə ilə qədər davam edir. İstifadə olunan maddələr orqanizm tərəfindən tamamilə sovrulur.

Əks-göstərişlər:

Üz ovalının kontur platikası üçün bəzi əks-göstərişlər də var. Buraya aşağıdakıları əlavə etmək olar:
- Hamiləlik və laktasiya dövrü;
- Laxtalanma problemi pasientlər;
- Kəskin sistem xəstəliklərindən əziyyət cəkənlər.
- Dəri və onkoloji xəstəliklər.

Üz ovalı kontur plastikasının nəticələri:

- Dərinin elastikliyi artır;
- Dəri hamarlaşır, xırda qırışlar itir, üz ovalı konturu dəqiqləşir;
- Daha kəskin çənə xətti əldə olunur;
- Yanaqlar öz formasını alır;
- İkincili buxaq gizlənir;
- Boyun daha uzun və gənc görkəm alır.