Language:
English
Zəncəfil çayının faydaları
21 May 2018 15301Zəncəfil həm insan sağlamlığı üçün faydalı həm də arıqladan ədviyyatdır.
Bu barədə türkiyəli mütəxəssislər açıqlama veriblər. Həmin yazını təqdim edirik:
Bir şirniyyat qarşığı zəncəfilin kalorisi 16-dır. Bir stəkan zəncəfil çayı 5-6 kaloridir.
– 1 ədəd zəncəfil
– 2 stəkan qaynar su
Çayı hazırlamaq üçün zəncəfilin qabıqlarını soyun. Daha sonra isə xırda-xırda doğrayın.
Qaynanmış duyu çaynikə qoyun, üzərinə də zəncəfilləri əlavə edin.
10 dəqiqə qaynadıqdan sonra da 5 dəqiqə də aşağı dərəcədə dəmlənmək üçün gözləyin. Daha sonra isə süzərək içə bilərsiniz.
Gündə bir stəkan tox qarnına için. İstəsəniz içərisinə bal və ya limon da qata bilərsiniz.
– Qan dövranını sürətləndirir
– Həddindən çox tərləməyin qarşısını alır.
– Mədə xəstəlikləri üçün effektlidir, xüsusilə də səhər ürək bulantılarına qarşı qoruyur.
– Qarın ağrısını azaldır, həzmi asanlaşdırır.
– Əzələ ağrıları üçün də olduqca effektlidir.
– Stresi azaldır.
– Pəhriz zamanı yaşanan aclıq krizlərinə faydalıdır.
– Kökəlməyin qarşısını alır.
– Beyin hüceyrələrini qoruyur.
– Menstruasiya ağrılarını da effektiv dərəcədə azaldır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1