Language:
English
Yay ayında düzgün hamiləlik üçün nələr edilməli?
04 July 2018 9858İsti və uzun yay günləri artıq başlayıb. Xüsusilə hamilə qadınlar üçün bu aylar daha çətin keçə bilər. İsti basmaqları, tərləmələr, əl-ayaq yanmaları mövsümlə bağlı olaraq daha da arta bilər.
D vitaminini təbii yollarla qəbul edin. Bunun üçün yay ayı ən doğru zamandır. D vitamini əksikliyi xüsusilə hamilə qadınlarda şəkər, təzyiq, bakteriyalarla bağlı vaginal infeksiya riskini artırır. 15-30 dəqiqə arasında günəşə məruz qalmaz hamiləlik zamanı çox görünən D vitamini əksikliyi zamanı olduqca əsasdır.
Gün ərzində 8-10 stəkan su için. İsti havaların və günəş şüalarının su itkisinə səbəb olacağı unudulmamalıdır. Bu səbəbdən ən az 8 stəkan su içilməlidir.
Yüngül yeməklər seçin. Yay hamilələri yağ və karbonhidrat tərkibli qidalardan uzaq durmalıdırlar. Mövsümi meyvələr yeyilməlidir.
Ləpələr yeyilməlidir.
Səhər günəşi qəbul etməlisiniz. Günorta günəşi dəriyə zərərli ola bilər.
Yüksək riski idmanlardan uzaq durmalısınız. Su topu, plyaj futbolu, volleybol sağlamlıq cəhətdən edilməməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1