Language:
English
Xarici otit nədir?
17 August 2020 15136Xarici qulaq yolu isti, qaranlıq və nəmli sahədir. Bu vəziyyət bakteriya və göbələklərin yaranmasına və asanlıqla xəstəliyə yol aça bilər.
Bəs xarici qulaq yolu iltihabı yəni tibbi dildə desək xarici otit nədən qaynaqlanır?
Tez-tez çimən və ya hovuzlardan istifadə zamanı qulaq yoluna normadan artıq su daxil ola bilər. Bu problem daha havaların isti keçməsi ilə əlaqəli olaraq çox yay fəslində artır. Su, qulaq yolunun girişindəki, tər və yağ vəzlərindən istehsal olunan və qulaq kiri olaraq bilinən qoruyucu nahiyəni yox edir. Beləliklə bakteriyalar və göbələklərin yaranmasını asanlaşdırır.
Əgər qulağınızı barmaq və ya hansısa sərt maddə ilə yaralasanız qulaq yolunun dərisində çatlar yaranır ki bu da bakteriyaların daxil olmasına yol açır.
Xarici qulaq yolu iltihabının əlamətləri nədir?
Qulaq qaşıntısı
Göz ətrafına qədər yayıla bilən qulaq ağrısı
Çeynəmə zamanı qulaq yolunda yaranan sızıltılar
Bu zaman qulaqlar tutula bilər. Eşitmə səviyyəsi minimuma enə bilər.
Qulaq axıntısı
Əgər bu əlamətlərdən hansınıza müşahidə etsəniz dərhal həkimə müraciət etməlisiniz. Müalicə nəticəsində problemlər ortadan qalxacaqdır.
Bəs bu problem necə müalicə edilir?
İlk olaraq həkiminiz müayinə edəcək və tapılan axıntı və iltihabı təmizləyəcək. Həmçinin qulaq zərinizdə iltihabın olub-olmadığı yoxlanılacaq. Adətən bu problem qulaq damcıları, lazım olarsa dərmanlarla müalicə edilir.
Xarici otit zamanı aşağıdakıları etməyiniz tövsiyə edilir:
7-10 gün ərzində qulaqlarınızı quru tutmaa çalışın.
Saçlarınızı yuyarkən suyun qulaqlarınıza keçməsinin qarşısını alın.
Həkimin yazdığı reseptdən əlavə dərmanlardan istifadə etməyin.
Qaşımamağa çalışın əks halda bu xarici otiti daha da şiddətləndirə bilər.
Bu şiddət adətən müalicənin ilkk 3 günündə azalmağa başlayacaqdır. 10 gün ərzində isə tamamilə keçə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1