Language:
English
Unutqanlığı yaradan səbəblər
15 June 2020 11169Unutqanlıq əksər zaman normal hal kimi görünsə də bəzi xəstəliklərin ya da vücuddakı hormon yetərsizlikləri ilə vitamin əksikliklərinn bir nəticəsi olaraq ortya çıxa bilir. Yaş irəlilədikcə Altsheymer və demans kimi xəstəliklərin səbəbi həm də nəticəsi ola bilən unutqanlıq, ağır depressiya ilə də özünü bəlli edə bilir.
Unutqanlıq bir çox səbəbdən baş verə bilir.
İlk olaraq unutqanlığın səbəbi araşdırılmalıdır. Unutqanlıq ilə bağlı aparılan testlər, xəstəliyin diaqnozu mövzusunda vacib məlumat verə bilir. Bəzən beyindən qaynaqlanan unutqanlıq, əksər zaman hormon yetərsizliklərinin bir nəticəsi olaraq da ortaya çıxa bilər.
Unutqanlıq problemi özünü aşağıdakı əlamətlərlə bəlli edər:
Çox yaxşı bilinən ünvanı xatırlaya bilməmək
İstiqamət və zaman anlayışının itməsi
Eyni sualı dəfələrlə vermək
İnsanları xatırlaya bilməmək
Digər hansı səbəblər unutqanlığı yaradır?
Tiroid hormonu çatışmazlığı ilə vitamin əksikliyi zamanı unutqanlıq ortaya çıxır. Vücuddakı B12 vitamin əksikliyi son illərdə sağlamlıq problemlərindən biri halına çevrilib. Bu, sinir toxumasının sağlamlığı və qırmızı qan hüceyrəsinin yaranması üçün gərəkli vitamindir. Vücud tərəfindən yaranmayan B12 qırmızı ət, toyuq, balıq, dəniz məhsulları, qaraciyər, süd və süd məhsulları ilə yumurtada yüksək miqdarda mövcuddur. Bəzi meyvə və tərəvəzlərdə də yer alan B12, vücudda əksikdirsə xaricdən əldə edilmir. Bilinən 13 vitamindən biri olan D vitamininin əksikliyində də unutqanlıq görülə bilir. İnsan vücudundakı D vitamininin bir qismi balıq, göbələk, bəzi tərəvəzlər, yumurta, süd kimi qidalardan təmin olunarkən, böyük bir hissəsi isə günəş işıqları vasitəsilə əldə edilir.
Hər 5 insandan biri, həyatının müəyyən dövründə depressiya halı ilə qarşılaşır. Bu hal isə zehni yorğunluğa gətirib çıxarır. Dağınıqlıq və diqqət əksikliyi də depressiyanın əlamətləri sırasındadır. Ağır depressiya halı da unutqanlığa yol açır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1