Language:
English
Udma çətinliyi nədir?
23 June 2018 11762Vücudun ehtiyacı olan enerjini təmin edə bilmək üçün xaricdən qidalar qəbul edilir. Bu qidalar bir müddətdən sonra əmilərək qan vasitəsilə hüceyrələrə göndərilir. Bu şəkildə enerji ehtiyacımızı qarşılamış olarıq. Həzmin ən vacib orqanlarından biri qida borusudur. Bəzən qida borusunda problemlər meydana gələ bilər. Bunlardan biri də udma çətinliyidir.
Udma çətinliyi xəstəlik deyil, xəstəlik əlamətidir. Belə insanlar kifayət qədər qidalana bilməz və bir sıra xəstəliklər də yanaşı gələr.
Qida borusunda yaranan bəzi şişkinliklər udma çətinliyinə yol açır. Xüsusilə də boğaz infeksiyası şəxsin iştahını belə bağlaya bilər. Bəzi mədə problemləri də insanın yemək yeyən zaman çətinlik çəkməsinə prolem ola bilər.
Udma çətinliyi yaşayan insanların səbəbləri fərqli olduğu üçün müalicələri də fərqli olur. Udma çətinliyi bir tərəfdən yanma hissi yaradırsa, bu vəziyyət mədənizlə bağlı ola bilər. Əgər yaşın irəliləməsi ilə bağlı vəziyyətdirsə mədə əzələləri gücləndirilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1