Language:
English
Uşaqlara necə kitab seçilməlidir?
20 August 2018 8318Uşaqlar böyük insanlara görə daha saf və təcrübəsizdirlər. Bu səbəbdən uşaqlar üçün kitab seçərkən çox diqqətli olmaq lazımdır. Uşaqlar oxuduqları kitablardan daha çox təsirlənir və düşüncələri daha çox dəyişə bilər.
Yaş sərhəddi - Bilindiyi üzrə kitab qapaqlarının üzərində yaş məhdudiyyətləri qeyd edilir. Bu yaş sərhəddi çox vacibdir. Çünki yazıçılar uşaqların yaşını düşünərək bu kitabları yazırlar. Bu səbəbdən kitab alarkən yaş məsələsinə diqqətlə yanaşın.
Ön söz qədər kitabın arxasında yazılanlar da vacibdir. Kitabın mövzusu çox vacibdir.
Əgər uşağınız kitab oxumağı sevmirsə və ya kitab oxuyan zaman sıxılırsa, uşağınıza kitab oxumağı sevdirmək üçün qapağının maraq çəkici formada olanlarını seçməlisiniz.
Kitab mövzuları da vacib nüanslar içərisindədir. Çünki uşaqların əksəriyyəti xəyalpərəstdir. BU səbəbdən onların dünyalarına uyğun kitablar seçilməlidir.
Fəlsəfə, drammatik, psixoloji kitabları uşağınıza oxutmağa çalışmayın. Bu onlar üçün hədsiz yüklənmək deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1