Language:
English
Torpaqda ayaqyalın gəzməyin faydaları
20 September 2018 8192Qədimdən insanlar torpaqda tez-tez ayaqyalın gəzərlərmiş. Bunun həmçinin müalicəvi təsiri olduğuna inanarlarmış. Bunun sayəsində vücudda mövcud olan elektrik nizamlanar, bütün hüceyrə və toxumaları təmin edən elementlər yenilənərmiş.
Müasir zamanda isə artıq insanlar bu adətdən uzaqlaşıblar.
Mütəxəssislər isə son zaman artan xərçəng və müxtəlif infeksiya tipli xəstəliklərini bununla əlaqəli ola biləcəyini vurğulayıblar. Araşdırmalara görə, dəridən hazırlanmış ayaqqabılarda hava keçiriciliyi olduğu üçün insan orqanizmi üçün zərərli deyil. Ancaq tərkibində sintetik kauçuk olan ayaqqabılar isə sağlamlıq cəhətdən zərərlidir. Mütəxəssislər torpağa ayaq basmağın ən təsirli antioksidant olduğunu bildiriblər.
Torpaqda yerimək, xərçəng xəstəliyindən revmatizmə qədər bir çox xəstəlik zamanı effektlidir.
Torpaqda yerimək qırmızı qan hüceyrələrini kəskin şəkildə artırır. Bunun nəticəsində isə qana böyük miqdarda oksigen ötürülür. Ağlınıza gələ biləcək bütün ölümcül xəstəliklərin riski azalır.
Araşdırmaçılar, uşaqlarda müşahidə edilən 2-ci tip diabet xəstəliyinin, torpaqla az oynamağın nəticəsi olduğunu bildiriblər.
Xüsusilə qadınların hamiləlikdən qoruyan dərmanlardan çox istifadə etməsi nəticəsində, orqanizm zəif düşə bilər. Bu isə irəlidə qadınlarda infarkt riskini yüksəldir.
Torpaqda ayaqyalın gəzmək isə orqanizm üçün faydalıdır. Bu riski isə azaldır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1