Language:
English
Su və kondisioner dərinizi qurudur – Necə xilas olmalı
02 August 2018 891835 dərəcədən yüksələn istiliklərdən qaçınmaq üçün kondisioner qarşısında uzunmüddət zaman keçirmək dərinin qurumasına yol açır. Həddindən çox quruluq isə dərinin daha yaşlı görünməsinə səbəb olur. İsti su ilə duş, günəş və dəniz dərinin qurumasına səbəb olur. Quruluq həmçinin dəridə çatlaqlar, qaşıntıya da səbəb yaradır.
Adətən quru dərinin səbəbi ətraf amillər olur. Tez-tez duş qəbul etmək isə kondisioner qədər dərini qurudur.
Günəş və dənizin duzlu suyu da dərini qurudur.Çöldə uzunmüddət qalmaq, günəş şüalarına məruz qalmaq dərinin nəm və yağdan məhrum qalmasına səbəb olur.
Günorta saatlarında çölə çıxmayın. Çıxmaq məcburiyyətində qalırsınızsa spf yazılı kremlərdən istifadə edin. Quruluq miqdarı artdıqca dəridə gərilmə hissi, soyulmalar, çatlaqlar meydana çıxır.
Dəri quruluğunun qarşısını almaq və daha sağlam dəriyə sahib olmağın yollarını təqdim edirik:
Bol su için – Dəri quruluğu vücuddakı nəm miqdarının azalması ilə ortaya çıxır. Xüsusilə yaz-yay aylarında bol su içməlisiniz. Soyuq havalarda isə gündə təxminən 10 stəkan su içməlisiniz.
Duş qəbulunu azaldın – İçəridə az qalın. İsti su az təmas edin. 10 dəqiqədən çox qalmayın.
Nəmləndiricilərdən istifadə edin. Duşdan sonra dərinizi daha da nəmli saxlamaq üçün kremlərdən istifadə edin.
Sabundan daha az istifadə edin. Sabunlar dəridə quruluq yaradır.Yuyucu toz, asitondan daha az istifadə edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1