Language:
English
Soğan çayının faydaları
18 June 2018 8088Bitkilərdən istifadə məqsədi təbii üsulla vücudu zərərli maddələrdən xilas etməkdir. İstifadə edilən bitkilər, tərəvəzlərin arasında ən çox istifadə ediləni isə soğandır. 900 növü mövcuddur.
Çayı hazırlamaq üçün soğanın qabıqları və 200 ml qədər isti qaynadılmış su lazım olacaq. 15 dəq ərzində dəmləndikdən sonra hər gün səhər içə bilərsiniz.
İmmuniteti gücləndirir – zərərli mikroorqanizmlərə qarşı qoruyur. İmmunitet sistemi vücudun təməl hissəsidir.
Vücuda həddindən çox qidaların qəbul edilməsi artıq depoya toplanır. Bunlar isə sonradan yağa çevrilir. Bunun üçün mütəmadi olaraq idmanla məşğul olaraq düzgün qidalanmaq vacibdir. Ancaq bunların xaricində yağ əridilməsini tezləşdirmək üçün müəyyən dərman əlavələri qəbul edilməlidir. Bu əlavələr isə təbii olmalıdır. Yağ əridilməsini sürətləndirmək üçün isə soğan çayı mütəmadi olaraq istifadə edilməlidir.
Xərçəng mikroblarına qarşı qoruyur – Xərçəng vücudda sərbəst radikallar tərəfindən meydana gətirilir və adətən ölümlə nəticələnir. Soğan çayı sərbəst radikallara qarşı mübarizə aparır. Yaranmış olan mənfi radikalların məhv olunmasına kömək edir.
Gündəlik həyatımızda mütəmadi olaraq ağız yolu və ya tənəffüs yolu ilə toksin və zəhər qəbulu təmin edirik. Bunların bir çoxu vücuddan atılarkən bir çoxu isə vücudda depolanır. Vücudda depolananlar zamanla toplanaraq zərər verə biləcək səviyyəyə çatır. Bu səbəblə bunların vücuddan uzaqlaşdırılması gərəklidir. Soğan çayı isə zərərli toksin və maddələri bədəndən atmağa kömək edir.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1