Language:
English
Skolioz xəstəliyi nədir?
28 March 2020 9669Onurğa, baş ilə ayaqlar arasında uzanan və vücud ağırlığının üçdə ikisini daşıyan körpü kimidir. Onurğamız ümumilikdə 33 sümükdən ibarətdir. Sağlam onurğa üçün dik durmaq, ağır yük qaldırmamaq və doğru oturmaq vacibdir.
Skolioz, cəmiyyətdə 2 ilə 4 faiz arasında görünür. Bunlardan çox böyük bir qismi aşağı dərəcəli əyrilikdir. Qız uşaqlarında oğlan uşaqlara görə, təxminən 8-10 qat daha çox görünür.
Onurğasında əyriliyi olan insanların ancaq 100-dən 10-da skolioz, müalicə gərəkdirəcək dərəcəyə irəliləyir. Mütəmadi idman hərəkətləri, bel əzələlərini güclü tutmaq,skoliozun müalicəsində vacib olan nüanslardan biridir.
Yüngül dərəcəli skolioz uzunmüddət əlamət verməyə bilər. Təsadüfi rentgenlərdə aşkar edilə bilər. Ən çox görülən əlamət duruş pozğunluğudur. Bir çiyin digərindən yuxarıda durur. Dİqqətli baxıldığı zaman onurğa əyriliyi fərq edilir. Bel ağrıları müşahidə oluna bilər. Onurğa əyriliyi, boyun, belin üst tərəfində ola bilər. Skoliozun dərəcəsi əyriliyin yaratdığı ağrıya görə müəyyən edilir.
Skolioz xəstələrinin 80 faizində səbəb bilinmir. Doğuşdan sonra yaranan, əzələlər xəstəlikləri ilə bağlı, toxuma xəstəliklərindən ötrü yaranan və s. skolioz növü vardır.
Skolioz diaqnozu, onurğa müayinəsi zamanı qoyulur. Xəstə önə doğru əyildiyi zaman əyrilik üzə çıxır.
Həkim MRT də tələb edə bilər.
Bəs necə müalicə edilir?
Karsaj, skolioz idman hərəkətləri, fizioterapiya, cərrahi müdaxilələr müalicə sisteminə daxildir. Bunu isə müayinədən sonra həkim müəyyən edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1