Language:
English
Qeyd etmək lazımdır ki, əvvəllər alimlər əmin idilər ki, sinir hüceyrələri birdəfəlik məhv olur və onları bərpa etmək mümkün deyil. İndi isə bir qrup alim belə nəticəyə gəlib ki, bu prosesin qarşısını almaq mümkündür - bunun üçün xüsusi preparat hazırlanıb. Əgər onun sınağı uğurla keçərsə, ola bilsin sinir sistemilə əlaqədar bir çox xəstəliklərin müalicəsində yeni era açılsın. Hazırda hələ ki, laborator təcrübələr aparılıdığından bu preparatın geniş istifadəsindən söhbət getmir.
Onu da qeyd etmək lazımdır ki, bu preparatın köməkliyi ilə belə bütün hüceyrələri bərpa etmək mümkün olmayacaq. Preparat güclü travma almış və tam məhv olmamış hüceyrələrə təsir göstərə bilir.
Alimlərin fikrincə, sinir hüceyrələrinin bərpasına 4- aminopiridin maddəsi cavabdehdir. Qeyd etmək lazımdır ki, bu maddədən dağınıq skleroz və xroniki sinir xəstəliklərinin müalicəsi zamanı istifadə olunur.
Praktik tədqiqatların gedişatında məlum olub ki, 4-aminopiridinin təsir spektri əvvəllər ehtimal edildiyindən daha genişdir. O da müəyyənləşdirilib ki, bu maddə digər kimyəvi birləşmələrlə birgə sinir hüceyrələrini bərpa etmək xüsusiyyətinə malikdir. Alimlər yeni preparatı məhz bu nəticələrin əsasında hazırlayıblar.
Hazırda yeni vasitənin laborator siçanlar üzərində sınaqları aparılır. Alimlər hələ sinir hüceyrəsinin bərpa olunması mexanizmini tam öyrənməli, preparatın yan təsirləri və əksgöstərişlərini müəyyənləşdirməlidirlər. Preparatın geniş istifadəsi məhz bu işlər başa çatdıqdan sonra mümkün olacaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1