Language:
English
Sidik qaçırma nədir?
10 August 2018 7676İdrar qaçırma (sidik qaçırma) insanın həyat keyfiyyətinə mənfi təsir göstərir. Türkiyəli mütəxəssis Önay Yalçın, bu problem haqqında lazım olan məqamlardan danışıb.
İdrar qaçırma xüsusilə də qadınlarda daha çox müşahidə edilir. Hər 3 qadından biri bu problemdən əziyyət çəkir. Xəstəliyin irəliki zamanlarında artıq qoruyucu vasitələrə ehtiyac duyulur.
Həmçinin bu da göbələk xəstəliyinin yaranması üçün şərait yaradır.
Sidik qaçırma fərqli şəkillərlə baş verə bilər. Məs, öskürən, ağır qaldıran zaman və ya idmanla məşğul olan zaman. Yuxu əsnasında belə idrar qaçırma mümkün ola bilər. Bu problem sadəcə uşaqlarda deyil böyüklərdə də çox müşahidə edilir. Ən çox sıxıntı yaradan problem isə bunun cinsi münasibət zamanı baş verməsidir.
Ağır doğuşlardan sonra da əzələ boşalması nəticəsində bunlar baş verə bilər.
İdrar qaçırmasının müxtəlif müalicə üsulları mövcuddur. Bu, analizlər nəticəsində təyin edilir. Müxtəlif fizioterapiyalar da tövsiyə edilə bilər. Bununla yanaşı dərman müalicəsi və ya cərrahi müdaxiləyə də ehtiyac duyula bilər.
Sidik qaçırma, neyroloji xəstəliklərin də ilkin əlamətlərindən ola bilər.
Qeyd edək ki, əgər ana və ya bacıda bu problem varsa ailənin digər üzvündə də ola bilər. Yəni genetik quruluşunun olması da mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1