Language:
English
Sidik ləngiməsi nədir?
19 July 2020 18081Sidik ləngiməsi dedikdə sidikliyim tam boşaldılmaması nəzərdə tutulur. Akut və ya xroniki olaraq iki yerə bölünür. Akut sidik ləngiməsi heç sidiyə gedə bilməməkdir. Bu növ xəstələrə təcili tibbi yardım göstərilməlidir. Xroniki vəziyyətdə isə şəxs, sidiyə az-az da olsa gedə bilir ancaq sidiklik tam boşaldılmır.
Bəs səbəbi nədir?
Böyrəklərdən gələn bir daş, sidik yolunu bağlaya bilər və ya doğuşdan sidik yolu quruluşunun düzgün olmaması və s kimi səbəblər bu problemi yarada bilər.
Bəzən sidik ifrazından sonra sidik kisə tam boşalmır, orada müəyyən miqdar sidik qalır. Buna qalıq sidik yaxud xroniki sidik ləngiməsi deyilir. Qalıq sidiyin miqdarını ölçməyin yolu USM müayinəsidir. Belə ki, pasiyent orta doluluqda olan sidik kisəsi ilə USM müayinəsindən keçir, daha sonra isə sidiyi boşaldır və yenidən USM – də sidik kisəsinə baxılır. Əgər sidik kisədə qalıntı varsa bu qalıq sidik hesab olunur. Qalıq sidiyin 50 ml – dən artıq olması ciddi problem hesab olunmalıdır.
Sidik ləngiməsinin əsas səbəbləri:
Mərkəzi sinir sisteminin mielit kimi xəstəlikləri və travmaları;
Prostatit, prostat vəzin adenoması və xərçəngi, sidiklik daşları;
Cinsiyyət üzvlərində və düz bağırsaqda aparılan əməliyyatlar;
Güclü stress, spirtli içki aludəçiliyi;
Doğuş və abortların ağırlaşması.
Prostat vəzin adenoması olan pasiyentlərdə kəskin sidik ləngiməsi çox ciddi hesab oluna biləcək ağırlaşmadır.
Kəskin sidik ləngiməsi ehtimalını artıran faktorlar aşağıdakılardır:
Yaşın 70-dən çox olması
Prostat vəzin həcmi 50 sm3 – dən çox olduqda
Spirtli içkilərin qəbulu.
Bir sıra dərman preparatlarının qəbulu
Prostat vəzi iltihabı
Soyuqdəymə
Kəskin qıcıqlandırıcı qidalar
Fiziki və emosional gərginlik
Bunu da nəzərə çatdıraq ki, kəskin sidik ləngiməsinin səbəbləri üç əsas qrupa bölünür:
Obstruktiv, iltihabı – infeksion və nevrogen səbəblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1