Language:
English
Sarımsaq koronavirusdan qoruyurmu?
30 March 2020 8751Koronavirusa yoluxanların sayı hər keçən gün artır. Xəstəliyin xüsusi müalicəsi yoxdur. Ancaq bunun qarşılığında qismən zərərsiz, bəzən təhlükəli ola biləcək bəzi tövsiyələr internet üzərindən sürətlə yayılır.
BBC araşdırmaçıları xurafələrdən məlumat hazırlayıblar.
Sarımsaq – sosial şəbəkələrdə sarımsağın virusa yoluxmağın qarşısını ala biləcəyinə dair söyləntilər mövcuddur. Bu barədə isə Dünya Səhiyyə Təşkilatı ümumi mənada mikroblara qarşı sarımsağın faydalı qida olduğunu ancaq koronavirusa qarşı qoruyuculuğunun və faktlarının olmadığını açıqlayıb.
Bəzən zərərsiz zənn etdiyimiz qidalar əslində sağlamlıq üçün təhdid ola bilər. Məsələn, Çində 1,5 kilo sarımsağı çiy-çiy yeyən şəxsin boğazı təhlükəli şəkildə yanıb və bu səbəbdən təcili xəstəxanaya götürülüb.
Evdə əlləri dezinfeksiya etmək üçün istifadə edilən məhsullar – Bu maddələrlə yanaşı xəstəliklərdən əsas qorunmağın yolu əlləri tez-tez yumaqdır. Sosial şəbəkələrdə “Evdə öz gelinizi özünüz hazırlayın” başlıqlı reseptlər yayılıb. Aparılan araşdırmalara görə, bu kimi maddələrin əksəriyyəti səthləri təmizləmək üçün idealdır ancaq dəri üçün deyil.
İçilə bilən gümüş – ABŞ-da koronanın çarəsi kimi maye içinə tökülən gümüş toz hissəcikləri göstərilmişdi. Hətta bu barədə verilişdə açıqlama verilmişdi. Məlumata əsasən həmin maye 12 saat ərzində mikrobları öldürür. Ancaq bunun heç bir təsdiqi yoxdur.
Hər 15 dəqiqədən bir içilən su - Yaponiya mənbələrində bu növdə bir çox iddialar qeyd edildi.
Londonun Gigiyenik və Tropik Xəstəliklər fakültəsinin professoru Sally Bloomfieldin sözlərinə görə, bunun heç bir əsası yoxdur. İnsanların bu tipli xəbərlərə inanması yanlışdır.
Hava yoluyla yayılan viruslar vücuda nəfəs aldığınızda tənəffüsünüzə daxil olur. Bunlardan bəziləri ağız yoluyla girə bilər, ancaq su içməklə bunlardan xilas olmaq mümkün deyil.
İsti yemək və dondurma yeməmək – Virusu öldürəcəyini iddia edən üsullar sırasında yer alır. Bununla yanaşı bir çox tövsiyələr vardır. Ancaq səhiyyə təşkilatı insanları belə əsassız tövsiyələrə inanmamağa dəvət edir.
Professor Bloomfieldin sözlərinə görə, virus vücuda girdikdən sonra onu dəf etmək mümkün deyil. O, vücudun virusla mübarizəsində qazanmağını gözləməkdən başqa şansın olmadığını da nəzərə çatdırıb:
“Paltarları 60 dərəcə isti suda yumaq müsbət fikirdir. Çünki istilik virusu yox edə bilir.Ancaq bu dəriniz üçün keçərli deyil”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1