Language:
English
Sağlam arıqlamağın yolları
19 July 2018 11066Mütəxəssis fikirlərin tövsiyələri sayəsində daha düzgün bədən quruluşuna sahib ola bilərsiniz. Bu barədə Türkiyəli diyetoloq Selahattin Dönməzin tövsiyələrini təqdim edirik:
Mütəmadi məşğul olduğunuz idman vasitəsilə özünüzə oksigenli ortam yarada bilərsiniz. Həmçinin idman zaman hər 20 dəqiqədən bir 250 ml su içmək tövsiyə edilir. Bu vərdiş daha uzun müddət idmanla məşğul olmağınızı təmin edəcək.
Pəhriz saxlayanların gün ərzində 6 dəfə yemək yemələri tövsiyə edilir.
Çünki tez-tez yemək hormonları tənzimləyir. İnsanda toxluq hissi yaradır.
Yemək aralarında ən 3 saat ara olmalıdır. Ən çox isə 6 saat fərq olmalıdır. Bu üsul maddələr mübadiləsini sürətləndirir, vücud enerjisini tənzimləyir.
Su içməkdə məqsəd, vücuddakkı su miqdarını tənzimləmək, qorumaqdır. Gündə 8 stəkan su içməyiniz kifayətdir.
Arıqlayan zaman vücud gücünün aşağı düşməməsi üçün gündə ən çox 2 fincan çay içmək tövsiyə edilir.
Həmçinin maddələr mübadiləsinin sürətini artırmaq üçün 5 fincan yaşıl çay da içmək mümkündür.
Sağlam arıqlamaq yollarından biri də gəzintidir. Mütəxəssislər tərəfindən bol-bol su içmək tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1