Language:
English
Süd vəzində yaranan ağrıların səbəbləri
19 June 2018 9673Əksər zaman sinə hissəsində yanma hissi baş verir. Xüsusilə məmə uclarında bu yanmalar həm kişilərdə həm də qadınlarda tez-tez rastlanıla bilər. Kişi və qadınlar üçün məmə nahiyyəsində yanma hissini yarada biləcək bir çox faktorlar var.
Hansı xəstəliklər sinədə ağrı hissi yarada bilər.
Ürək xəstəlikləri – İlk olaraq sinədə yanma və ağrılar baş verə bilər.
Tənəffüs yolu xəstəlikləri – Tənəffüs yolunda meydana gələn xəstəliklər ilk olaraq nəfəs alma zamanı problemlər yaradır. Bir çox xəstəlik növü özünü sinədə ağr, yanma hissi ilə biruzə verir.
Yaralanma və ya zədələnmə – alınan zərbələr səbəbindən yaralanmalar baş verə bilər. Məmə nahiyəsinin həssaslığı ilə bu əlamətlər, ağrılar şiddətlənə bilər.
Sinə hissəsində infeksiyalar meydana gələ bilər. Bu da yanma hissi yarada bilər.
Menstruasiya zamanı da sinədə ağrılar, şişmələr meydana gələ bilər. Hamiləlikdə olduğu kimi menstruasiya zamanı da sinədə ağrı və həssaslıqlar arta bilər.
Qulağa qəribə səslənsə də geyimlər də həssaslığı artıra bilər. Dar geyimlər sinədə diskomfort hissi yaradaraq ağrılar əmələ gətirə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1