Language:
English
Qripdən qorunmaq üçün...
26 October 2018 14231Soyuq havaların özünü göstərməsi ilə "qrip mövsümü" də gəldi. Payız və qış fəsillərində tez-tez qrip tutmaq istəmirsinizsə, məqaləni mütləq oxuyun.
Son vaxtlar peyvəndlər haqqında yayılmış mənfi fikirlər əksər insanları peyvənd olunmaqdan uzaqlaşdırıb. Tez-tez qrip tutursunuz və artıq yorulmusunuzsa, onda peyvənd olmaqda fayda var.
Yediyiniz meyvə və tərəvəzlər nə qədər rənglidirsə, tərkibi o qədər zəngindir. Oxşar rəngli meyvə və tərəvəzləri eyni günə salın (naringi, portağal, balqabaq, qarğıdalı və s.). Gündəlik yemək rasionunuzdan qatığı da əksik etməyin.
Texnologiyanın inkişafı nəticəsində əksər meyvə və tərəvəzi mövsümündən asılı olmayaraq piştaxtalarda tapmaq mümkündür. Ancaq mütəxəssislərin fikrincə hər bitki mövsümündə yeyildikdə daha faydalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1