Language:
English
Qadınların problemi – Şokolad şişi nədir?
08 August 2018 7968Bir çox qadın problemləri mövcudur.
Türkiyəli mütəxəssis Fatih Şendağın bu mövzu ətrafındakı açıqlamalarını təqdim edirik.
Belə şişlər uşaqlığın daxili təbəqəsində mövcud olan və hər ay menstruasiya ilə xaricə tökülən endometriumun vücudda uşaqlıq xaricində bir yerə toplaşması nəticəsində meydana çıxır. Adətən yumurtalıqlarda, uşaqlığın daxilində və içərisində, idrar kisəsində ağrılar yarada bilər. Menstruasiya zamanı çox və ya az formada ağrılar baş verə bilər. Ancaq düşünülməyən bir zamanda da şokolad şişlərinin yaranması mümkündür. Bu zaman ağrılara qarşı diqqətli olmalısınız. Belə şişlərin təyin oluna bilməsi üçün mütəmadi olaraq usm müayinəsindən keçməlisiniz.
Müalicə forması dərmanlarla və cərrahi üsulla aparılır.
Xüsusilə uşaq sahibi ola bilməyən gənc qadınlarda laparoskopik əməliyyatın seçilməsi gərəklidir. Qadınların 100-də 10-da müşahidə edilən xəstəlik növüdür.
Bəzən sonsuzluğun belə səbəbi ola bilər. Cinsi münasibət zamanı yaranan ağrılar xəstəliyin xəbərçisi ola bilər.
Evlənməmiş qadınlarda bu xəstəlik adətən müalicə üsulu ilə həll edilməyə çalışılır. Əməliyyat olunan xəstələrdə belə estetikik baxımından az tikiş atılaraq forma itirilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1