Language:
English
Qəhvənin bilinməyən faydaları
17 July 2018 7739Qəhvənin faydalarından çox zərərləri qabardılır. Ancaq mütəxəssislər apardıqları araşdırmalardan sonra qəhvənin bilinməyən faydalarını açıqlayıblar.
Həddindən çox istifadə zamanı mədə problemi, yüksək təzyiq, ürək xəstəlikləri yarada bilər. Ancaq normal miqdarda istifadəsi isə bir çox orqana dərman qədər faydalıdır.
Qadınlarda depressiya riskini azaldır. Gündə bir-iki fincan qəhvə içmək içməyənlərlə müqayisədə depressiya riskini azaldır. Bu risk payı 100-də 20 faiz daha azalır.
Beyni qoruyur. Mütəmadi içilən qəhvə, beyin xəstəliyində rol oynayan beta amiloid toplanmasını azaldır, beləliklə də altsheymer xəstəliyinə qarşı qoruyur.
Yeni beyin hüceyrələrinin yaranmasında rol oynayır. Ancaq qəhvənin ac qarnına içilməyi tövsiyə edilmir. Ac qarnına içilərsə faydaların tam əksi baş verə bilər.
Ən çox yayılan dəri xərçənginin qarşısını alır. Gündə 3 və daha artıq kafeinli qəhvə içmək qadınlarda xəstəlik riskini 100-də 20, kişilərdə isə 100-də 9 faiz azaldır.
Bununla yanaşı şəkərli diabet xəstəliyindən qoruyur. Bu, 450 nəfərin iştirak etdiyi araşdırmalardan sonra bir daha təsdiq edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1