Language:
English
Qışda kəpək problemi artır
17 October 2018 7821Uzman dermatoloq Ata Nejat Ertek: "Havaların soyuması ilə əlaqədar qış aylarında dəri quruyur. Dərinin quruması isə saç dərisində kəpəklənmə və qaşınmanın ən böyük səbəbidir. Ən çox görülən saç problemləri saç tökülməsi, saçqıran xəstəliyi və kəpəkdir." - deyə həkim bildirib.
Kəpəyin ölü hüceyrələrin tökülməsi olduğunu deyən həkim Ertek, dünya əhalisinin 40%-in ömürlərinin hər hansı bir dövründə kəpək problemi ilə qarşılaşdığını qeyd edib. Əksər insanlar kəpəyin saçları tez-tez və ya gec yumaqdan irəli gəldiyini düşünür. Saçlar mütəmadi olaraq şampun ilə yuyulmazsa, yağ hüceyrələri kəpək əmələ gəlməsinə səbəb ola bilər. Ancaq, saçların tez-tez şampun ilə yuyulması da kəpək əmələ gəlməsinə səbəb olur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1