Language:
English
Pulla necə davranmağı uşağınıza belə öyrədin
25 July 2018 7977Uşaqların pulla ilkin tanışlıqları 3 yaşdan etibarən başlayır. Bəs pulla necə davranmalı olduğunu izah etmisinizmi?
3-5 yaş uşaqlar – Hər istədiyini almağa çalışmayın. Doğru deyil. İstədiyi oyuncaq üçün ad gününü gözləməyi tövsiyə edin. Uşağınız üçün 3 banka hazırlayın. Bunlar toplama, xərcləmə və paylaşmaq bankaları olsun. Pul hər dəfə əlinə keçdiyində 3 banka arasında bölüşdürməyi bilsin. Pulu bitdiyi zaman almaq istədiyi hədəfi olmalıdır. Hər pul verdiyiniz zaman hədəfinə nə qədər qaldığını izah edin.
6-10 yaş – pulla bağlı doğru qərarlar qəbul etməyi öyrədin. Pulun məhdud sayda olduğunu və necə xərcləməli olduğunu izah edin. Marketdə meyvələri almağı ona tapşırın. Əlindəki pul ilə hansı meyvələri ala biləcəyinə o qərar versin. Ən əsas pulu ehtiyacı olan şeylərə xərcləməli olduğunu bildirin.
11-13 yaş – Uşağınzla bərabər ayda nə qədər pulu kənara ata biləcəyinizi danışın. Nə qədər olduğunun əhəmiyyəti yoxdur. Hər gün cipsiyə veridiyi pulu kənara ataraq il sonunda istədiyi böyük bir şeyi ala biləcəyini izah edin.
14-18 yaş – Xüsusilə məktəb xərclərini onunla açıq şəkildə danışın. İldə nə qədər pul xərcləndiyini bilməlidir. Pulun dəyərləndirilməsini birlikdə edin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1