Language:
English
Piylənmə xəstəliyi nədir?
08 May 2020 10230Piylənmə, günümüzdə inkişaf etmiş ölkələrin ən vacib sağlamlıq problemləri arasında gəlir. Piylənmə, bədənin yağ kütləsinin yağsız kütlə ilə müqayisədə artması nəticəsində boy uzunluğuna görə, vücud ağırlığının arzu edilən normadan üstə çıxmasıdır.
Qarın doydurmaq, aclığı örtmək, canın istədiyini yemək və ya içmək deyildir.
Sağlam həyat üçün alınan enerji ilə xərclənən enerji tənzimlənməli, normada tutulmalıdır. Kişilərdə vücud ağırlığının 15-18 faizi, qadınlarda isə 20-25 –i yağ toxuması olaraq mövcuddur. Gündəlik alınan enerjinin xərclənən enerjidən çox olarsa, geridə qalanı vücudda yağ olaraq toplanır və bu da piylənmə ilə nəticələnir.
Piylənmə xəstəliyinə nəyin səbəb olduğu hələ də tam olaraq dəqiq bilinmir. Ancaq ən əsas səbəbinin yanlış qidalanma və hərəkətsizlik olduğu zənn edilir. Bu faktorlarla yanaşı, nevroloji problemlər, genetika, psixoloji bir sıra vəziyyətlərin də bu problemə yol açdığı bildirilir.
Bəs əsas risk faktorları hansılardır?
Çox yemək və yanlış qida əlavələri
Yaş
Hərəkətsizlik
Hormonal pozuntular
Psixoloji problemlər
Genetika
İstifadə edilən bir sıra dərmanlar
Siqaret və spirtli içkilərdən istifadə
Doğum sayısı və bu arada keçən müddət
Tez-tez istifadə edillən yanlış diyeta proqramları
Aparılan araşdırmalara görə, həyatının ilk illərini ana südü ilə qidalanan uşaqlarda piylənmə xəstəliyi digərlləri ilə müqayisədə daha az müşahidə edilir. Mütəxəssislər bu səbəbdən ilk iki ili qidalarla birlikdə ana südünün verilməsini doğru hesab edir. Ana südü həmçinin xroniki xəstəliklərdən də müdafiə edir.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1