Language:
English
Təzyiq nə üçün düşər? – Altda yatan xəstəliklər
03 March 2018 23262Təzyiq, ürəyin damarlara tətbiq etdiyi bir güc sistemi olduğundan həyati təhlükə daşıyır.
Ürək qanı damarlara şiddətlə basarsa təzyiq yüksələr, zəif formada basarsa təzyiq düşər. Təzyiqin çox düşməsi vəziyyətində bütün orqanlar gedərək tıxanmağa başlayır və şok meydana gələr.
Təzyiqin düşməsi, çıxması ilə müqayisədə daha az təhlükəlidir. Baş dönməsi, göz qaralması varsa mütləq araşdırılmalıdır. Təzyiqin düşməsinin bir neçə səbəbi var. Düzgün qidalanmamaq, qəbul edilən dərmanların əks təsiri, isti və maye itkisi bu səbəblərdən bəziləridir.
Susuzluq – təzyiq düşməsinin başlıca səbəblərindəndir. Yaz-yay aylarında xüsusilə vücud susuz qaldığı üçün təzyiqin düşməsi baş verə bilər. Qızdırmalı xəstəliklər, dərmanların qəbulu, ishal, qusma, bəzi ağır hərəkətlər, su itkisi təzyiqin enməsinə kömək edə bilər. Gündə 2-2.5 litr su içərək susuzluğunun önünə keçə bilərsiniz.
Ürək xəstəlikləri – İnfarkt, ürək çatışmazlığı problemləri və anormal dərəcədə yavaş ürək sürəti aşağı təzyiqə səbəb ola bilər.
Hamiləlik – Bu zaman hormonlar səbəbi ilə təzyiq düşə bilər. Hamiləliyin ilk 24 həftəsi bu vəziyyət normal qəbul edilir, ancaq doğumdan sonra təzyiq hamiləlikdən öncəki vəziyyətə geri dönməlidir.
Allergiya – Allerjik reaksiyalar, dəridə qaşıntı, nəfəs almaqda çətinlik, qan damarını genişləndirə bilər və bu da təzyiqi endirər.
Endokrin xəstəliklər – Vücudun hormon istehsalının qarşısını alan bütün xəstəliklər aşağı təzyiqə səbəb olur. Tiroid hormonunun az və ya çox çalışması, qan şəkərinin düşməsi, şəkər xəstəliyi və s endokrinoloji xəstəliklər təzyiqi aşağı salır.
- Baş dönməsi
- Ürək döyüntüsünün sürətlənməsi
- Halsızıq
- Yorğunluq
- Bulanıq görmək
- Ürək getmə
- Mədə bulantısı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1