Language:
English
Mixəyin möcüzəvi faydaları
14 March 2018 14198Mixəyin faydaları son zamanlar internetdə çox araşdırılır. Mixəyin bir çox faydaları mövcuddur.
– Həzm sistemini daha yaxşı edir – Şişkinlik, mədə problemlərinə yaxşı təsir edərək, ürək bulantılarını azaltmağa kömək edir. Toz halında və ya bal ilə istifadə edilə bilər.
– Antibakteriyal xüsusiyyətləri – Zərərli maddələri öldürür. Spesifik mikroblara qarşı da təsirlidir.
– Xərçəngə qarşı qoruyur – Aparılan araşdırmalar bunu təsdiq edib. Belə ki, nəticələrə əsasən ağciyər xərçənginin ilkin zamanlarında müalicəyə müsbət təsir göstərir.
– Mixəyin tərkibində sərbəst radikalların inkişafının qarşısını alacaq, qaraciyərin zərərli təsirlərindən qoruyacaq miqdarda antioksidan var.
– Həmçinin sümükləri qoruyur.
– Maddələr mübadiləsini gücləndirir. Ağ qan hüceyrələrinin sayını artırır.
– Ağız xəstəlikləri zamanı mixək qarqaralarının müsbət təsiri mövcuddur.
– Baş ağrılarını azaldır. Bir stəkan süd içərisinə bir iki mixək tumurcuğu və bir miqdar da duz əlavə edib qarışdırın. Bu şəkildə için. Baş ağrısını sürətli şəkildə dayandırmağa kömək edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1