Language:
English
Hamiləlik zamanı hansı dərmandan istifadə etmək olar?
26 February 2018 24860Hamiləlik müddətində dərmanlardan istifadə etmək hər qadın üçün həssas mövzudur. Adətən dərmandan istifadəni bu müddətdə tövsiyə etmirlər. Çünki hər bir daxilə qəbul edilən qida, dərman körpəyə təsir göstərir.
Bu barədə türkiyəli ginekoloq Filiz Candan Topuz danışıb. Həmin məlumatları diqqətinizə çatdırırıq.
Dərmandan istifadə üçün ilk olaraq hamiləliyin həftəsi soruşulur. Çünki eyni dərman müxtəlif zamanlarda fərqli reaksiyalara səbəb ola bilər.
Xüsusilə hamiləliyin ilk 3 ayı dərmanlardan istifadə baxımından çox həssas müddətdir. Ağrı kəsicilər, qızdırma aşağı salan preparatlar mütləq şəkildə həkim nəzarəti altında qəbul edilməlidir.
Hamilə qadınlardan mütəmadi olaraq istifadə etdiyi dərmanın olub-olmadığı soruşulmalıdır. Əgər hamilənin ürək, böyrək xəstəliyi kimi problemi varsa mütləq şəkildə həkim nəzarəti altında olmalıdır ki, hamiləliyi fəsadsız başa çatdıra bilsin.
Ginekoloq B kateqoriyasında olan dərmanların adətən ağız yolu və ya damardan qəbul edilməsini tövsiyə edib: “Böyrək daşı problemi ilə müraciət edən xəstələr adətən ağrıkəsicilərdən istifadə edirlər. Tez-tez istifadə edilən diklofenak dərmanı C kateqoriyasına məxsus dərmandır. Məcbur qalındığı zaman istifadə edilə bilər. Ancaq qeyd etməliyəm ki, hamiləliyin son aylarında bu dərmandan istifadə risklidir.
Bundan başqa mioması olan hamilə qadınlara çox ağrı zamanı ibuprofen içməkləri tövsiyə edilir. Bu dərman da C kateqoriyasındandır, ancaq hamiləliyin son ayları üçün D kateqoriyasına daxil edilir(Yəni qəbulu mümkündür).
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1