Language:
English
Hamiləlik çatlarının qarşısını necə almalı?
03 March 2018 21486Hamiləlik zamanı ana namizədləri fiziki və duyğusal olaraq birdən çox cildə girir. Bunlardan iz buraxanı isə hamiləlik çatlarıdır. Mütəxəssislər, hamiləlik çatlarından qorunmağın və azaltmağın mümkün olduğunu söyləyir. Hamiləlik zamanı vücudda çəhrayı, bənövşəyi xəttlər ortaya çıxa bilər.
Hamiləlik çatları qadının orqanizmindən asılı olaraq dəyişə bilir. Türkiyəli ginekoloq Deniz Gökalp Kaya, bəzi qadınlarda hamiləlik zamanı qarının daha çox böyüdüyünü, gərginləşdiyini bildirib. Quru dərilərdə isə bu qaşıntıya səbəb olur. Hamiləlik çatları vücudun dəriyə görə daha sürətli böyüməsi və dərinin bu böyüməyə uyğunlaşması nəticəsində meydana gəlir. Mütəxəssis bunun daha çox sinədə, ayaq və qarında yarandığını qeyd edib. Bu səbəbdən artıq çəkilər yavaş-yavaş alınmalıdır. Hamilələrin 100-də 90-da 6-7 ci aydan sonra çatlar meydana gəlir. Burada genetik faktor da önəmli rol oynayır. Belə ki, əgər hamilə qadının anasında bu dövrdə çatlar yaranıbsa, qızında da yaranma ehtimalı böyükdür.
- Dəri nəmləndirilməli
- Kremlərdən istifadə edilməli
- Badam yağı
- Kokos yağı çatlardan qorunmaq üçün əla vasitədir.
- Hamiləlik çatlarının çoxu, uşaq doğulandan sonra solsa da bir qismi daha yavaş solar və bu vəziyyətdə tünd rəng qala bilər.
Çatların müalicə etməyin ən ideal zamanı ən aktiv qırmızı olduqları müddətdir. Bəzən dermatoloqun məsləhəti ilə istifadə ediləcək bəzi gellər və kremlər bu xəttlərə faydalı ola bilər. Lazer vasitəsilə də bu ləkələrin aparılmağı mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1