Language:
English
Gözaltı göyərmələrdən necə xilas olmalı?
27 February 2018 13414Gözaltı ləkələrin, göyərmələrdən şikayətçi olanlar, lazer müalicəvi üsullarla göz ətrafı problemlərdən xilas ola bilərsiniz. Bu barədə Türkiyənin Medikal Estetik həkimi Emre Çiçək , işıq və səs dalğaları ilə çalışan lazer üsulundan danışıb.
Hər yaş qrupunda müşahidə edilən gözaltı göyərmələr və göz torbaları insanın yorğun, yuxusuz, yaşlı, depressiv görünməyinə səbəb olur. Gözaltında və göz çevrəsindəki dövranı sürətləndirici, hüceyrələri yeniləyici kosmetika məhsullarının istifadəsi göyərmələrin görüntüsünü yüngülləşdirir.
Göz ətrafındakı qan damarlarının dəriyə yaxın olması, yağ torbalanmasına, dövranın yaxşı olmaması və qan toplanmasına səbəb olur. Yorğunluq, stress, kompyuter başında çox vaxt keçirmək, yuxusuzluq kimi səbəblər göyərmələrin yaranmasını sürətləndirir.
Ləkələrdən xilas olmaq istəyənlər, işıq və səs dalğası ilə çalışan xüsusi lazer üsulu və kimyəvi pilingləri sınaya bilər. Ağrısız formada 1-2 seansa müalicə edilə bilər.
- Zərdəçal-pomidor-limon maskası
- 1 çay qaşığı zərdəçal
- Yarım çay qaşığı un
- 1 çay qaşığı pomidor suyu
- 1 neçə damla limon
Bütün məhsulları qabın içərisində qarışdırın. Ardından göz çevrəsinə halqalar şəklində çəkin. Bu şəkildə 10 dəqiqə gözlədin. Daha sonra soyuq su ilə durulayın.
- 2 çay qaşığı kartof suyu
- 1 çay qaşığı zeytun yağı
- 1 çay qaşığı buğda yağı
Bir kasa içərisində məhsulları verilən ölçülərdə əlavə edərək qarışdırın və ağzı qapalı şüşəyə qoyun. Göz altınıza yedirərək çəkin. 2-3 dəqiqə gözlətdikdən sona pambığı nəmləndirib yağı silin. 3-4 tətbiq etdikdən sonra öz təsirini göstərir. Gündə 1 dəfə tətbiq etməyiniz kifayətdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1