Language:
English
Epilepsiya xəstələri üçün bitki tərkibli qarışım
21 February 2018 16467Türkiyənin professoru İbrahim Saraçoğlu epilepsiya xəstəliyindən əziyyət çəkənlər üçün bitki tərkibli müalicəvi üsulu açıqlayıb. O, kəklikotu və yunan lavandası çayını tövsiyə edib.
- 1 stəkan xlorsuz su (marketdən alınan su da ola bilər.)
- 1 şirniyyat qaşığı yabani kəklikotu
Hazırlaşı və istifadə qaydaları barədə danışan mütəxəssis bunun dərman olmadığını, müalicə ilə yanaşı istifadə edilə biləcək qarışım olduğunu anladıb.
Qaynayan 1 stəkan xlorsuz suyun içərisinə 1 şirniyyat qaşığı kəklikotu əlavə edin və ağzı bağlı olaraq aşağı dərəcəli qazda 5 dəqiqə qaynadın. Daha sonra süzün və soyuması üçün gözləyin. Qarışımı səhər yeməyindən sonra hər gün 1 stəkan ilıq formada için.
Qeyd edək ki, hər dəfə yeni çay hazırlanmalıdır.
- 1 stəkan su (xlorsuz olmalı və ya marketdən alınmalı)
- 6 ədəd yunan lavandası
Qaynayan 1 stəkan suyun içinə yunan lavandasını əlavə edin və az dərəcəli qazda 7 dəqiqə dəmləyin. Daha sonra eyni qaydada süzün. Axşam yeməklərindən 2 saat sonra ilıq formada 1 stəkan için.
İçdikdən yarım saat sonra isə artıq su xaricində əlavə nəisə içməyin və ya yeməyin.
Yunan lavandası ilə hazırlanan çay 1 gün istifadə edilib, 1 gün ara veriləcək. Bu şəkildə ilk 10 gün tamamlanacaq. 10 gündən sonra 1 həftə ara verməlisiniz. İkinci 10 günlükdə isə eyni şəkildə 1 stəkan içərək günaşırı davam edəcəksiniz.
Nəzərinizə çatdıraq ki, kəklikotu və yunan lavandası eyni anda bərabər formada istifadə ediləcək. Gündə 1 dəfə kəklikotu çayı, gün aşırı olaraq da yunan lavandası çayı istifadə edilməlidir. Bu üsul müalicəyə kömək məqsədilə çox faydalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1