Language:
English
D vitamininin artığı orqanizmdə bu xəstəliyi yaradır
03 March 2018 12358Damla, ampul ya da sprey şəklində daxilə qəbul edilən D vitamin çox istifadə edildiyi zaman ciddi səhhət problemlərinə yol açır. D vitamininin qaynağının günəş olduğunu qeyd edən mütəxəssis Nihan Çakır, artıq qəbul edildiyi zaman D vitamininin böyrəklərdə kalsium daşı yarada biləcəyini bildirib.
Qış aylarında qaranlıqda işə gedib-gəlmək, soyuq hava səbəbi ilə günəş almayan qapalı məkanlarda olmaz D vitamin əksikliyinə səbəb ola bilər. Həkim, insanların əksəriyyətinin kiminsə tövsiyəsi ilə vitamin qəbul etdiyini vurğulayıb: “D vitamin yanlız həkim məsləhəti ilə verilməlidir. Son illərdir D vitamininin ampulları daha çox istifadə edilir. D vitamininin damla, sprey, ampul formaları var və bunların tərkibi bir-birindən fərqlidir. Bu vitaminin qəbulu kalsium əmiciliyini artırdığı üçün həddindən çox kalsium qəbulu böyrək problemlərinə səbəb ola bilir”.
Şəxs vücuddakı vitamininin əksikliyini asanlıqla anlamaya bilər. Mütəxəssis Nihan Çakır, bunun klassik yorğunluq, halsızlıq kimi əlamətlərlə özünü biruzə verə biləcəyini söyləyib. D vitamininin günəşdən alınması daha vacib və mühümdür.
Artıq D vitamin bağırsaqlara mənfi təsir göstərir. Xüsusilə də bağırsaqlardan sovrulmasını dəyişdirir. Həmçinin böyrəkdə daşlar yarana bilər.
Nəzərinizə çatdıraq ki, mütəxəssis, isti aylarda gündəlik 10-15 dəqiqəlik alınan günəşin qış aylarında vücuda yetəcəyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1