Language:
English
Orucluykən ağız qoxusunu azaldın
13 May 2020 10520Ramazan ayında səhər yemək yeyib yatdıqdan sonra səhər qalxdığınızda pis ağız qoxusunun gəlməsi normal və hər kəsdə görülə bilən bir şeydir.
Bəs bu problemin önünə keçmək mümkündür?
Diş fırçalamaq çox bəsit və effektli üsuldur. Sahurdan sonra və səhər oyandığınızda dişlərinizi fırçalayın. Çünki ağız qoxusuna səbəb olan nüanslardan biri budur. Fırçalayarkən dilinizi unutmayın.
Bəzi qidaları yeməkdən çəkinin. Çünki bəzi qidalar ağızdan qoxunun gəlməsinə səbəb olur. Məsələn, kolbasa bu növ qidalardandır.
Yaz-yay aylarında istifadə edilən soyuq qidalar da ağız qoxusuna yol açır. Soyuq qidalardan az yemək tövsiyə edilir.
Bitki çayları, ağız qoxusuna olduqca müsbət təsir edən içki növüdür. Bu səbəbdən ağız qoxusunun qarşısını almaq üçün yaşıl çay içməyiniz məsləhətdir.
Oruc müddətində mədə günorta saatlarında öz suyunu ifraz etdiyi üçün ağız qoxusu yaranır. Buna səbəb isə mədə o saatlar yemək yeməyə vərdiş etməsidir. Bunun olmağı normaldır.
Sözügedən tədbirlər görüldükdə isə ağız qoxusunu azaltmaq mümkündür.
Oruc tutan zaman dişlər fırçalana bilərmi?
Yeməkdən sonrakı 30 dəqiqə ərzində bakteriyalar dişdə çürümə yarada biləcəyindən sahurda mütləq dişlər fırçalanmalıdır. Unutmayın ki gün ərzində də dişlərin fırçalanmağı mümkündür. Orucluykən də dişlərinizi təmizləyə bilərsiniz.
Din adamlarına görə, dişlər üçün təmizləyici ağız sularından da istifadə edilə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1