Language:
English
Original sirkələri necə hazırlamalı?
19 September 2018 18423Üzüm sirkəsi, tərkibində mövcud olan antioksidant sayəsində insan orqanizmi üçün faydalıdır. Qidalarda istifadə edilən üzüm sirkəsi, gözəllik üçün də istifadə edilir.
Əslində hazırlanış qaydası çox asandır.
Üzüm sirkəsinin hazırlanması reseptini təqdim edirik:
Hazırlanması:
Üzümləri saplarından ayırın və şüşə bankaya tökün. Üzərinə su əlavə edin və 20 gün ərzində ağzı qapalı şəkildə gözlədin.
20 gün sonra duz, bal, noxud əlavə edərək 30 gün qədər gözlədin. Daha sonra isə süzüb istifadə edə bilərsiniz.
Sirkə hazırlanması zamanı 20 gündən sonra bankada yaranan jele təbəqəsi əsasdır. Sirkəni hansı meyvədən hazırlayacaqsınızsa onun təbii olmasına diqqət edin.
Meyvələrin ən şirin olanını seçin. Çürük qismlərini əlavə etməyin. Çürük sirkənin yaranmasını məhv edər.
Meyvələrin qabıqlarını əsla soymayın.
Meyvələri xırda doğramaq sürətli nəticə əldə etməyinizə kömək edər. Sirkə üçün içdiyiniz sudan istifadə edin. Bankaların ağzını streclə bağlayın. 2 gündən bir qapağını açıb qarışdırın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1