Language:
English
Mineral suyun faydaları
04 October 2018 8206Hər yaşdakı insanların gündəlik kalsium ehtiyaclarının ödənməsi üçün əlavə olaraq bəzi qidalara, mayeyə ehtiyacı ola bilər. Həmin içkilərdən biri də mineral sudur. Beləliklə sümük quruluşu möhkəmlənir.
İnkişaf zamanı, hamiləlikdə və yaşlılıqda yaranan mineral ehtiyacının təmin olunmasında mineral suların bir çox faydaları mövcuddur. Mineral ehtiyacı dedikdə maqnezium, kalsium, flor və s nəzərdə tutulur.
Həzm sistemini tənzimləyir.
Mədə problemləri, çox qidalanmadan sonra yaranan problemlərin qarşısını mineral su ilə almaq mümkündür.
Mineral sular həmçinin böyrəklər üçün da xeyirlidir.
Dərinin gərəkli olan su və mineral ehtiyacını qarşılayaraq dərini gərginlikdən xilas edərək, canlı, parlaq görünməsini təmin edə bilərsiniz.
Mədədə yaranan turşuluq, yanma hissinin keçməsində effektlidir.
Xüsusilə yay aylarında istiliyin artması ilə bərabər vücudun asitli içkilərə ehtiyacı artır. Süni rəngləndirici içkilərin əvəzinə mineral suları içməyiniz tövsiyə edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1