Language:
English
Menstruasiya zamanı daha yaxşı yatmaq üçün bunları edin
04 August 2018 8452Aylıq hormon dəyişikliklərində estrogen hormonunun azalmağa başladığı zamanda yuxusuzluq, narahatçılıq, əsəbilik halları yarana bilər. Azalan estrogen hormonu, yuxunu asanlaşdıran və xoşbəxtlik hormonu olaraq da bilinən serotin hormonunun azalmasına səbəb ola biləcəyi üçün baş ağrıları, yorğunluq, yaddaş itkisinin yaranması təbii haldır.
Ancaq bu müddətdə yaxşı yatmamaq, menstuasiya zamanının da normaldan daha çətin keçməsinə səbəb ola bilir.
Sakit musiqilər dinləyin – Yatmazdan öncə bir saat qədər beyni sakitləşdirən musiqilərə üstünlük verin. Bu, sizin fiziki yorğunluğunuzun qarşısını alacaq. Yuxunuz daha dərin və keyfiyyətli olacaq.
Aromaterapiyadan yararlanın – Yastığınızın içərisinə lavanda qoyun. Həmçinin yatağınıza bir neçə damla lavanda yağı damcıllada bilərsiniz. Bu sizi fiziki və zehni rahatladacaq.
Meditasiya edin – 20-30 dəqiqə kimi səssiz oturun. Dərindən nəfəs alın. Beyninizdəki düşüncələrdən uzaqlaşın. Sadəcə o anı düşünün.
Bu sizin rahatlaşmağınıza kömək edəcək. Əgər yoqa ilə məşğul olursunuzsa bu da sizə dəstək olacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1