Language:
English
Menstruasiya dəyişkənliyinin səbəbləri nədir?
15 March 2018 11451Menstruasiyanın ilk başladığı zamandan sonrakı ilk bir neçə il qeyri-müəyyənlik baş verə bilər. Yəni hər ay müxtəlif zamanlarda başlaya bilər. Bunun normala düşməsi üçün hormonlar tənzimlənməlidir.
Bəzən isə qadınlarda normal zamanlarda da başlama tarixində qeyri-müəyyənlik olur ki, artıq bunun səbəbi araşdırılmalıdır.
Stress, menstruasiyaya təsir göstərən faktordur. Düzgün qidalanmamaq, artıq çəki, arıqlamaq, gərginlik, sıxıntı, xəstəliklər mentruasiyanın pozulmasına səbəb olur.
Nəzərinizə çatdıraq ki, hamiləlikdən qorunmaq üçün qəbul edilən dərman preparatları da menstruasiyaya təsir edərək başlama vaxtını dəyişə bilər.
Uşaqlıqda yaranan poliplər, uşaqlığın iç təbəqəsində rastlanılan və xərçəngə yol açmayan törəmələrdir. Mioma isə uşaqlıq divarına yapışan şişdir. Daha çox xoşxassəli olurlar. Ancaq buna baxmayaraq ağrıya, qanaxmaya və adət pozuntularına səbəb ola bilirlər.
Cinsi münasibət, dölün düşməsi, abort kimi əməliyyatlardan sonra da menstruasiyanın zamanı, müddəti dəyişə bilər və ya bu prosedurlardan sonra vaginaya yoluxan infeksiya da buna səbəbiyyət yarada bilər. Həmçinin infeksiya zamanı, şiddətli ağrı, bulantı, qızdırma halları müşahidə edilə bilər.
40 yaşdan aşağı olan qadınlarda, yumurtalığın vəzifələrini tam olaraq yerinə yetirmədiyi vəziyyətlərdə yumurtalıq çatışmazlığı müşahidə edilə bilər. Menstruasiyanın zamanı dəyişkən olur və ya heç başlaya bilmir. Bu, genetik də ola bilər.
Adətən kimyaterapiya və radio şüalanma etdirən qadınlarda daha çox müşahidə edilir.
Bütün bunlarla bərabər adət dəyişkənliyinə başqa faktorlar da səbəb ola bilər:
- Həddindən çox idman hərəkətləri
- Tiroid problemləri
- Qaraciyər xəstəlikləri
- Steroidlər
- Antidepressantlar
- Diabet problemləri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1