Language:
English
Məşhur professordan hamilələrə tövsiyələr
06 July 2018 7303Açıqlamaları ilə gündəmi müəyyən edən kardioloq və professor Canan Karatay hamilələr üçün vacib məqamlar açıqlayıb.
Həmin açıqlamaları təqdim edirik:
Hər gün 10 yumurta yeyin – Hamilə və əmizdirən qadınlara gündə 10 ədəd yumurta yeməyi tövsiyə edən həkim, yumurtaların gün ərzində müxtəlif yeməklər də qatıla biləcəyini bildirib. O, 10 yumurtanın eyni anda deyil, fasilələrlə yeyilməsini uyğun görüb.
İstifadə edilən yumurtalar təbii kənd yumurtası olmalıdır. Bu şəkildə qidalanmaq düzgün hesab edilir.
Hamilələr mütləq şəkildə şirniyyatlardan uzaq durmalıdırlar. Şirniyyat faydalı deyil. Həmçinin həddən artıq şirniyyat yemək bir sıra xəstəliklər üçün şərait yaradır.
Hamiləlikdə müəyyən qidalara xüsusi istək arta bilər. Ancaq professorun sözlərinə görə, makarona və türk börəklərinə istək arta bilməz. Əgər bu istək varsa böyük ehtimal həmin qadının gizli şəkəri mövcuddur. Hamilələrdəki əsas problem gizli şəkərin olduğunu bilmədən hamilə qalmaqdır deyən Karatay, insan vücudunun 100-də 60-nın su, 20-nin protein, 19-nun isə yağ olduğunu qeyd edib.
Sağlam hamiləlik üçün bədəni zərərli toksinlərdən uzaqlaşdırmaq lazımdır. Həmçinin bol vitamin qəbul etməli, təbii meyvə-tərəvəz yeyilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1