Language:
English
Limon suyu için – Bilmədiyiniz xeyirləri
21 March 2020 7593Limon suyu, ruh halını, enerji səviyyəsini, immunitet sistemini gücləndirməyə qadir olan faydalı içkilərdəndir.
Limon suyunun faydaları nədir?
Tərkibində bir çox faydalı maddələr mövcuddur. Təbii antioksidantdır.
Təbii C vitamini hesab olunur. Bu isə sağlamlıqda əsas rola sahibdir. C vitamini immunitetinizin güclənməsində yardımcı olacaq.
Limon suyu həmçinin böyrək daşlarının müalicəsində effektli rola sahibdir. Bu, müalicə növünün yanında istifadə edilən təbii üsullardandır.
Arıqlamağa kömək edər. Buna səbəb isə limon suyunun maddələr mübadiləsini sürətləndirməsidir.
Yaddaşı gücləndirir.
Qəbizliyi azaldır.
Tərkibindəki lif arıqlamağa kömək edir.
Kalorini azaldır. Bu səbəbdən pəhriz proqramına əlavə edə bilərsiniz.
Vücudu aktivləşdirməyə və enerji qazanmasına kömək edir.
Xərçənglə mübarizə aparan əsas qidalardan hesab olunur.
Zəncəfil, bal, limon və isti su qarışımı, bir çox mütəxəssis tərəfindən tövsiyə edilən detoks içkisidir.
Aparılan araşdırmalara görə, limonun İQ səviyyəsinə təsiri mövcuddur. Belə ki, zəkanı yüksəltmək gücünə malikdir.
Limon suyunu içmək zərərsizdir. Ancaq buna baxmayaraq limondakı asit diş minasına zərər verə bilər. Asit dişi yumşaldır. Bu zaman isə fırçalayanda dişləriniz zərər görə bilər. Dişlərinizlə təması azaltmaq üçün mümkün qədər limon suyunu pipetlə içməyiniz tövsiyə edilir.
Yeməkdən sonra isə limon suyu içmək tövsiyə edilir. Buna səbəb isə həzmi asanlaşdırmasıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1