Language:
English
Yeni Zellandiyalı alimlər tərkibində ən çox vitamin C və insan orqanizmi üçün faydalı digər komponentlər olan meyvə aşkar ediblər.
Tədqiqatın nəticələrinə görə, tərkibində ən çox vitamin olan bu meyvə məhz kividir. Kivi yorğunluğu çıxarır, depressiv vəziyyətlərdə yaxşı təsir göstərir.
Nəzəriyyələrini təsdiq etmək üçün alimlər təcrübə keçiriblər. Burada müxtəlif yaşlı 50 kişi iştirak edib. Onlara hər gün kivi yemək və emosional vəziyyətləri barədə məlumat vermək tapşırılıb.
Daha dəqiq eksperiment aparmaq üçün iştirakçıları iki qrupa bölüblər. Onların bir hissəsi günə para kivi, digəri isə iki kivi qəbul edib. Alimlər müəyyənləşdiriblər ki, ikinci qrup iştirakçılarının əhval-ruhiyyəsi yaxşılaşıb, tonus və iş qabiliyyəti qalxıb.
Bu eksperimentdən belə nəticəyə gəlmək olar ki, günə ən azı 2 kivi yeməklə psixoloji vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq olar.
Bu meyvənin xoş dadı və ondakı faydalı maddələr yorğunluq, depressiya və əsəbi gərginliyi çıxarır. Kivinin tərkibində, həmçinin, çoxlu antioksidant və digər komponentlər var ki, bunlar həzm prosesinə müsbət təsir göstərir. Təəssüf ki, çoxları bu meyvənin və onun faydalı xüsusiyyətlərini lazımınca dəyərləndirmir.
Bu elmi təcrübənin rəhbəri müsahibəsində deyib ki, kividə olan vitamin C insan orqanizmindəki metobalizmi yaxşılaşdıran fermentləri aktivləşdirir. O, həmçinin, neyrotransmitterlərin miqdarına və hüceyrələrin enerji yayartma qabiliyyətinə də yaxşı təsir göstərir. Ona görə də mütəxəssislər israrla günə bir neçə kivi yeməyi tövsiyə edirlər.
Avropalı alimlər əvvəllər də tədqiqatlar aparıb, insanın psixoloji vəziyyətini yaxşılaşdıran məhsulların siyahısını hazırlamışdılar. Buraya bütün növ ətlər və bəzi şirniyyatlar daxil edilmişdir. Şirniyyat siyahısına şokolad başçılıq etmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1