Language:
English
Kimlər detoks tətbiq edə bilməz?
14 May 2018 7199Bəzi insanlar həkimə müraciət etmədən detoks tətbiq etməyə çalışırlar. Bunun isə müxtəlif məqsədləri olur. Arıqlamaq, vücudu təmizləmək və s.
Ancaq mütəxəssislər qeyd edirlər ki, bunun detoksu həkim nəzarəti olmadan etmək düzgün deyil. Çünki istənilməyən nəticələr verə bilər.
İlk olaraq nəzərinizə çatdıraq ki, detoks sizin çəki itirməyinizə və hətta daha sürətli arıqlamağınıza kömək edəcək. Lakin qalıcı effekt istəyirsinizsə detoksu, həftədə ən az 3 gün idmanla məşğul olaraq dəstəkləməlisiniz. Unutmayın ki, detoks sadəcə arıqlamaq üçün tətbiq edilməz. Detoks xəstəliklərdən və problemlərdən qorunmaq, dərinin daha gözəl olmasını təmin etmək, yaşayış tərzinizdə daha xoşbəxt olmaq üçün tətbiq edilməlidir. Detoks həmçinin qəbul etdiyiniz dərmanların mənfi təsirlərini, zərərli maddələri də vücudunuzdan təmizləməyinizə kömək edir.
Əmizdirən və ya süd verən qadınlara detoks olmaz.
Yaşlılar, şəkər xəstələri, uşaqlar da detoksu edə bilməzlər.
Böyrək, qaraciyər, ürək çatışmazlığından əziyyət çəkən insanların da bu tətbiqi etməkdən uzaq durmalıdırlar.
Əgər arıqlamaq məqsədilə detoks etmək istəyirsinizsə mütləq şəkildə düzgün qidalanmalıdırlar. Əgər pəhriz səbəbilə yaxşı yeməsəniz bu sağlamlığınızı təhlükə altına atacaq.
*QEYD: www.hekimtap.az saytında yerləşdirilən hər hansı dieta reseptləri və ya müalicə üsulları mütləq mütəxəssislə müzakirə edilməlidir. Əks halda, yaranan fəsadlara cavabdehlik daşımırıq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1