Language:
English
Kişisiz hamiləlik
23 October 2018 7214Partenogenez - bu termindən çoxunuzun, hətta aidiyyatı sahədə çalışan mütəxəssislərin belə, məlumatı yoxdur. Adıçəkilən məfhum bir çox dini mədəniyyətlərdə “müqəddəs ruh” anlayışı ilə ifadə olunur.
Tibdə isə partenogenez orqanizmin çoxalma formalarından biri sayılır və qadın yumurta hüceyrələrinin mayalanmasız inkişafına deyilir.
Partenogenezin reallığa nə dərəcədə uyğun olması alimləri düşündürmüş və bu istiqamətdə bir çox elmi tədqiqatlar aparılmışdır.
Apardığımız sorğular nəticəsində məlum oldu ki, hətta bir çox ginekoloqlar bu cür prosesin mövcudluğundan xəbərsizdirlər. Bəziləri isə partenogenezin yalnız nəzəriyyə olduğunu söyləyirlər. Əslində bu, belə deyil.
Hesab olunur ki, tarixdə 16 “bakirə hamiləlik” qeydə alınıb - Afrika və Avropa ölkələrində. Həkimlərin fikrincə, buna səbəb həşəratların orqanizmində yaşayan bakteriyalardır.
Heyvanlar aləmində bu cür olayların sayı xeylidir. Bir çox onurğasız heyvanlar, bəzi quş və sürünənlər məhz bu yolla çoxalır.
Bu prosesin əhəmiyyəti ondan ibarətdir ki, müxtəlif səbələr üzündən yaxınlıqda erkək cins olmadıqda, çoxalma davam edir.Əks halda, hansısa fərdin kökünün kəsilməsi təhlükəsi yaranır.
Qeyd olunduğu kimi, partenogenez halları insanlarda da qeydə alınıb. Maraqlıdır ki, bu yolla hamilə qalan qadınlar bəzi istisnaları nəzərə alınmazsa, yalnız qız uşaqları dünyaya gətirirlər. Belə uşaqlar analarına əkiz tək bənzəyir - demək olar ki, kulonu olur, amma onların xarakterləri fərqlənir.
Belə çıxır ki, təbiət bir növ fərdləri sığortalayıb və əgər erkək cinslərin ciddi çatışmazlığı ehtimalı olsa idi, təkamül qadınları partenogenezlə kütləvi uşaq doğmaq imkanları verərdi.
Belə bir sual ortaya çıxa bilər - əgər qadınlar sərbəst çoxala bilirlərsə, onda bu prosesdə kişilər nəyə lazımdır? İş ondadır ki, kişi spermatozoidləri özündə fərdlərin müxtəliflik funksiyasını daşıyır. Yəni, insanların müxtəlif forma və görkəmdə doğulması məhz kişi xromosomları sayəsində mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1