Language:
English
Kişilərdə saç tökülməsinin səbəbləri
10 August 2018 8994Saç tökülməsi, həm kişilərin həm də qadınların həyatının bir dövründə mütləq şəkildə qarşılaşa biləcəkləri problemdir. Qadınlarsa saç tökülməsinin səbəbləri çox növlüdür. Ancaq kişilərdə bu adətən genetikadan asılıdır. Gənc kişilərdə görülən saç itkiləri ilə bağlı sualları türkiyəli mütəxəsis Serap Öztürk cavablandırıb. Müəyyən vasitələrlə saç itkisinin qarşısının alınmasının mümkün olduğunu qeyd edirlər.
Adətən baş dərisində 150.000 qədər saç teli mövcud olur. Hər gün 80 ilə 120 tel saç tökülməsi normal qəbul edilir.
Kişilərdə ortaya çıxan saç tökülmələrinin 100-də 90-nın səbəbi genetik faktordur.
Saç diblərinin testosteron hormonuna qarşı olan normaldan çox həssaslığı tökülməyə də səbəb ola bilər.
Kişi hormonu isə qıl köklərində ən aktiv hormondur.
Qocalma isə, kişilərdə saç itkilərinin ən təbii səbəbidir. Saç hüceyrələri də zaman daxilində qocalır və aktivliyini itirirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1