Language:
English
Keçməyən öskürəklər bu xəstəliyin əlaməti ola bilər
17 March 2018 11669Erkən diaqnoz qoyulub müalicə edilməyən öskürəyin qalıcı hala gəlməsi orqanizmdə digər başqa ciddi problemlər yaradır. Bununla yanaşı siqaretdən istifadə edənlər ya da üst tənəffüs yolu infeksiyası keçirənlər öskürəyin bu vəziyyətlərdən qaynaqlandığını düşünərək həkimə gec müraciət edirlər.
Türkiyəli professor Önər Dikensoy, keçməyən öskürəyin səbəblərindən danışıb.
Üst tənəffüs yolu infeksiyaları:
– Burunda axıntıya yol açan sinüsitdən daha asan bir qripə qədər hər növ üst tənəffüs yolu problemi öskürəyə səbəb olur. Bu vəziyyət daha çox qış aylarında artır.
– Astma – Xronik öskürəyin üç səbəbindən birini astma təşkil edir. Nəfəs darlığı, xırıltı, sinədə ağrı yaradan öskürək gecələr və ya idman zamanı artır.
– Özünü keçməyən öskürəklə bəlli edən xəstəliklərdən birini də bronxit təşkil edir. Akut bronxitlə birlikdə öskürək də müşahidə edildiyi təqdirdə xəstəlik irəliləyir deməkdir. Bu zaman da öskürək bəlğəmli hala çevrilir. Xüsusilə qış aylarında tezliklə alovlanan xronik bronxit zamanı bəlğəmlə birlikdə görünən öskürək ilin ən az üç ayı davam edir. Siqaretdən istifadə edənlərin əksəriyyəti xronik bronxitdən əziyyət çəkir.
Öskürək əslində ağciyər xərçənginin ilk əlaməti arasında yer alır. Ancaq uzun çəkən öskürək hər zaman ağciyər xərçəngini ağıla gətirmir. Xüsusilə də siqaret çəkən və 40 yaşdan yuxarı olan insanlar bu riski daşıya bilərlər. Mütəxəssislər dərhal belə xəstələrin ağciyərlərini yoxlatmasını vacib bilib. Xüsusilə də əvvəllər radio şüalanmaya məruz qalıblarsa və ya ailələrində bu xəstəlikdən əziyyət çəkənlər daha çox diqqətli olmalıdırlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1