Language:
English
İstifadə etdiyiniz bjuteriyalar xəstəlik yarada bilər
17 August 2018 7380Bir çox qadın gözəl paltarlarını bjuteriyalarla tamamlayırlar. Belə əşyaların dayanıqlı olması üçün nikeldən daha çox istifadə edilir. Bu isə allergiyaya, baş ağrısına, halsızlığa səbəb ola bilər. Həmçinin ABŞ_da aparılan araşdırmalar da bunu təsdiq edib. Aparılan müəyyən tədqiqatlara görə, bu hal xərçəngə də səbəb ola bilər.
Gündəlik həyatda istifadə edilən bir çox metal məhsulunda nikel var. Bu vəziyyət nikel maddəsinə allergiyası olan insanlar üçün mühüm problemlərə yol aça bilər. Həmçinin çanta tutağacları, eynəklər, bıçaqlar, şokola, qayçı, fındıq, badam məhsullarının tərkibində də nikel var.
Əgər nikelə qarşı allergiyanız varsa, bu məhsullar ilə təmas zamanı diqqətli olun. Vücudunuz bəzi reaksiyalar verə bilər.
Nikel ilə təmasdan sonra vücudunuzda qızarıqlıq, qaşıntı, içi su dolu qabarcıqlar yarana bilər.
Nikel, gümüş və ya qızıl ilə müqayisədə daha dayanıqlı metaldır. Mütəmadi istifadə edildiyi zaman ekzema kimi problemlərə səbəb ola bilər. Nəmli ortamlar allergiyanın inkişafı riskini artırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1