Language:
English
İshalın yaranmaması üçün nə edilməli?
01 June 2018 8302İshal əksər uşaqlar müşahidə edilə bilən problemdir. Bəzi tədbirlər görülərək bunun qarşısı alına bilər.
Həmin siyahını təqdim edirik:
– Xüsusilə yeməkdən öncə və sonra uşaqların əlləri yaxşıca yuyulmalıdır.
– Təmizliyindən əmin olmadığınız tualetlərdən istifadə edilməməlidir.
– Uşaqların pampersləri dəyişdirildikdən və ya tualet ehtiyaclarını gördükdən sonra əllər mütləq şəkildə yuyulmalıdır.
– Meyvə və tərəvəzləri təmizliyindən əmin olduğunuz su ilə yuyun.
– Günəş şüaları altında qalan, açıqlıqda satılan və son istifadə müddəti keçən qidaları uşaqlara əsla vernəyin.
– Çöldə yemək yeyəcəksinizsə bişirilmə ortamının təmizliyinə güvəndiyiniz məkanı seçməlisiniz.
– Uşaqlara açıqlıqda satılan dondurmalar alınmamalıdır.
– Güvənmədiyiniz heç bir suyu övladınıza verməyin.
– Şüşədə suyu seçin.
– Hər gün ayaq açan qidalar yedizdirməyin. Bu onlarda ishala yol aça bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1