Language:
English
İməkləyən uşaqları təhlükələrdən necə qorumalı
06 August 2018 10030Uşaqların iməkləmə dövrləri həyatları üçün daha təhlükəli sayılan bir zamandır. Çünki bu zaman uşaqları diqqətdənkənar saxlamaq qəti şəkildə düzgün deyil. Belə vaxtlarda uşaqlar hər şeyə maraq göstərərək, əllərinə keçəni ağızları ilə tanımağa çalışırlar.
Türkiyəli mütəxəssis Barış Mutluer uşaqların yaşaya biləcəyi ev qəzaları mövzusunda maraqlı fikirlər verib.
Bu səbəbdən 0-6 yaş qrupu uşaqlar ən riskli qrupda yer alır.
Evdə olan eletrik cərəyanlarını xüsusi qoruma ilə bağlada bilərsiniz.
Tərkibində kimyəvi maddə olan yuyucu tozları uşağınızın əlinin çatacağı yerlərdən götürməlisiniz.
Dərmanları bağlı rəflərdə saxlayın.
Kibrit kimi alovlu məhsulları ortada buraxmayaraq yanğın təhlükəsinin qarşısını ala bilərsiniz.
Pəncərələri bağlı saxlayın.
Soyuducu, soba, mətbəx rəflərini uşaqların əli çatmayacağı şəkildə dizayn etdirin.
Qırılacaq əşyaları ortadan götürmək gərəklidir.
Ütü, saç feni alətlərini taxılı şəkildə qoymayın.
Ən əsas uşaqlar dərmanlardan qorunmalıdır. Çünki uşaqların maraq dairəsi şirniyyatlardır. Onlar rəngli həbləri şirniyyata bənzədərək udmağa meyllidirlər.
Həmçinin isti çay və yeməkərdən ehtiyyat edin. Çünki iməkləyən yerimə zamanı süfrə dartmağa meylli olurlar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1