Language:
English
Hamiləlikdə yaranan unutqanlığın səbəbləri
31 July 2018 7965Hamiləlik zamanı hormonlar səbəbilə bir çox qarışıq vəziyyət içində ola bilərsiniz. Yaranan vəziyyətlərdən biri də unutqanlıqdır. Xüsusilə də bu dövrdə hamilələrin fikirləri dağınıq formada olur. Verdikləri sözü, edəcəkləri işləri unuda bilirlər.
Hamiləliyin 3-cü dövrqndə beyin hüceyrələri həcm olaraq azalmağa başlayır. Bu da sizin bəzi məqamları unutmağınıza yol açır. Bu hal doğuşdan bir neçə ay normala dönür.
Unutqanlıq bir çox hamilə qadınlarda müşahidə edilən hadisədir. Həmçinin keçicidir. Belə qadınlar stresdən uzaq durmağa çalışmalıdırlar. Çünki stress, gərginlik bu vəziyyəti daha da şiddətləndirə bilər.
Bəzən doğuşdan sonra 1 ilə qədər bu halın davam etməsi müşahidə edilə bilər. Bunun səbəbi isə yorğunçuluq, yuxusuzluq ola bilər.
Daha böyük problemlərə yol açmaması üçün hamiləlik zamanı unutqanlığınızla barışıq olun. Və hətta məqamı düşdükcə bu barədə özünüzlə zarafat edin.
Həmçinin vacib qeydləri özünüzdə not halında tuta bilərsiniz. Beləliklə görəcəyiniz işləri unutmamaış olarsınız.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1