Language:
English
Həyatda xoşbəxt olmaq üçün bu sözləri işlətməyin
28 July 2018 9774Bir çox insan həyatda xoşbəxt yaşamağın yollarını axtarır. Əslində isə bəzi düşüncə tərzini dəyişməklə bunu təmin etmək mümkündür.
Psixoloqlar bəzi sözləri həyatımızdan çıxararaq xoşbəxt olmağın mümkün olduğunu bildirib.
Səndən nifrət edirəm – Nifrət sözünü lüğətinizdən tamamilə çıxarın. Əgər birisi sizi narahat edirsə, duyğularınızı fərqli şəkildə dilə gətirə bilərsiniz.
Ölmək istəyirəm – Zarafatyana olsa belə bu sözdən istifadə etməyiniz doğru deyil. Əgər depressiyadasınızsa və ölmək istəyirsinizsə bunun üçün psixoloq dəstəyi almalısınız. İntihar heç nəyin çarəsi deyil.
Edə bilmərəm – Həyatınızda hər şeyi edəcəyinizi düşünün. Bu tamamilə baxış tərzindən asılıdır. İstedadınıza güvənməlisiniz.
Həyat mənasızdır – Əslində isə həyatı mənalı etmək sizin əlinizdədir. Müvəffəqiyyət qazanacağınıza inanmalısınız. Kefinizi aşağı salmayın.Sizi sevən insanların da olduğunu unutmayın.
Çirkinəm – Düşünün ki hər kəsin gözəllik anlayışı fərqlidir. Sizin çəkici başqa xüsusiyyəti vardır. Görüşünüz haqqında narahat olmayın.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1