Language:
English
Kvebeksk universitetinin əməkdaşları apardıqları tədqiqatlardan sonra belə nəticəyə gəiblər ki, kişilər xərçəng xəstəliyindən daha çox əziyyət çəkirlər. Bu, ondan irəli gəlir ki, onlar gecə növbəsində daha çox çalışırlar.
Gecələr işləməyə vərdiş edən kişilərdə prostat vəzi xərçəngi yaranması ehtimalı gündüz növbəsində çalışan kişilərdən əhəmiyyətli dərəcədə çoxdur.
Həmçinin, kişilər sidik kisəsi, bağırsaq və ağ ciyərlərlə də bağlı ciddi problemlər yaşaya bilərlər. Onkoloji xəstəliklər istənilən orqana yayıla bilər.
Gecələr çalışmağı xoşlayan qadınların da səhhətində problem yaranması mümkündür. Onların gecə fəaliyyəti süd vəzi xərçənginə gətirib çıxara bilər.
Kanada universitetinin mütəxəssisləri belə bir statistika çıxarıblar: 10 il ərzində gecələr çalışan kişilərdə 27% hallarda xərçəng xəstəliyi aşkarlanır.
Alimlər o faktı da təsdiqləyiblər ki, günorta 30 dəqiqə yatmaqla xərçəng inkişafının qarşısını almaq olar.
O da qeyd olunur ki, əgər kişilər uzun illər günə 10 saatdan çox yatarlarsa, bu zaman xərçəng hüceyrələrinin inkişaf riski yüksələr.
Yuxarıda qeyd olunmuş vərdişlər zamanı onkoloji xəstəliyin yaranma ehtimalı 43%-ə qədər artır.
Gecə növbəsində çalışan kişilərin 76%-də ağ ciyər xərçəngi aşkarlanıbdı, 70 % kişilərdə isə sidik kisəsi problemləri yaranıb.
Alimlər deyirlər ki, problemlər ,əsasən, melatonin ifrazının pozulmasından irəli gəlir. Bu maddə yuxu rejimini nizamlayır. Beləliklə, yuxu rejimi pozulduqda – gecə ilə gündüzün yeri dəyişdirildikdə orqanizmdə bir çox proseslər sıradan çıxır. Mütəxəssislərin fikrincə, onillərlə gecələr çalışmaq praktik olaraq onkoloji xəstəliyi qaçılmaz edir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1