Language:
English
Gündəlik istifadə etdiyiniz əşyalar sonsuzluq yarada bilər
30 March 2018 6877Gündəlik həyatınızın parçası olan bir çox şey əslində sonsuzluğun səbəbi ola bilər.
Spirtli içki, siqaret kimi faktorlar sonsuzluğu yarada biləcək ünsürlərdir.
Qadın xəstəlikləri, Süni mayalanma mütəxəssisi Ümit Zeteroğlu, gündəlik həyatda istifadə edilən məhsulların sonsuzluq yarada biləcəyini bildirib:
Mobil telefonlar – Planşetlər, kompyuterin yaydığı radiasiya səbəbi ilə sperma və yumurtalıqlarda pozulmalar baş verə bilər. Belə əşyaların dəri ilə təmasından qaçınılmalıdır.
Plastik və aliminium qablar – Plastik su qabları, aliminium qutularda, dondurulmuş hazır qida və konserv qutularında kimyəvi maddələr mövcuddur. Bu isə kişilərdə sperma sayısının düşməsinə səbəb olur. Qadınlarda isə qan dövranı yavaşlayır və yumurtaların ölməsinə səbəb olur.
Kosmetik vasitələr – Tərkibində yumşaldıcı kimyəvi maddələr mövcuddur. Şampun, saç spreyi, dırnaq boyası, asiton, parfüm, şamlar, yuyucu tozlar, vücud spreyi belə məhsullardan hesab olunur.
Nəticədə isə daxili orqanların fəaliyyəti yavaşayır.
Yuyucu tozlar – Tərkibində nonifenol adlandırılan sintetik kimyəvi maddə mövcuddur. Bu isə sperma sayının azalmasına səbəb olur.
Dadlandırıcılar – Pəhriz və ya şəkərsiz maddələrinin daxilində isə aspartan adlı maddəsi mövcuddur.
Yapışmaz qazan – Qadınların mətbəxdə qurtarıcısı olan yapışmayan qazanların daxilində də kimyəvi maddələr mövcuddur. Bu isə spermaların ölməsinə səbəb olur.
Vücud inkişaf etdirən dərmanlar – Qadınlarda bu dərmanlar menstruasiya pozuntularına, qanaxmalara, sonsuzluğa səbəb olur. Kişi və qadınların belə dərmanlardan istifadəsi tövsiyə edilmir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1