Language:
English
Gündə bir naringi yeməyin faydaları
29 September 2018 8255Artıq naringinin mövsümü gəlib. Sevərək istifadə etdiyimiz bu meyvənin bir çox faydaları mövcuddur.
Bu faydalardan biri isə səhər bulantılarına qarşı effektli olmasıdır.
Əgər yuxusuzluq kimi probleminiz varsa, axşam yeməklərindən sonra istifadə edin. Bu zaman yuxusuzluq probleminiz həll olunacaq.
Ürək və damar tıxanıqlığının qarşısını alır. Qan təzyiqini nizamlayır. İnfarkt riskini azaldır. Qabıqlarını qurudaraq əldə edə biləcəyiniz naringi çayı bağırsaq hərəkətlərinizi tənzimləyir. Həzm sisteminizə faydalıdır. Yüksək lif tərkibi ilə qəbizliyə faydalıdır.
Aparılan araşdırmalara görə,meyvəyə narıncı rəngi verən karoten maddəsi qaraciyər xəstəlikləri, damar sərtliyi və şəkər xəstəlikləri riskini azaldır.
Bununla yanaşı yüksək təzyiqdən əziyyət çəkənlər rahatlıqla bu meyvədən istifadə edə bilərlər.
Stressə qarı effektlidir. Əsəb sisteminin yaxşılaşmasına kömək edir.
Tərkibi C, E vitamini, karotenlə zəngindir. Bu elementlər xərçəng tərkibli hüceyrələrlə mübarizə aparır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1